SAP sistemində məlumatların doğruluğunu
təmin etmək məqsədilə müəyyən funksiyalardan istifadə olunur ki, bunlardan biri
Validation funksiyasıdır. Validation funksiyası ilə sistemdə modullara məxsus,
başlıq və sətir səviyyəsində müəyyən kontrollar qoyulur ki, məlumatlar daxil
edildiyi anda sistem məlumatların doğruluğunu kontrol edir.
Validation (Doğrulama) ilə bağlı
prosedur:
1. İlk növbədə hansı
sahə üçün kontrol qoyulacağına qərar verilməlidir.
a. Financial Accounting
b. Cost Accounting
c. Asset Accounting
d. Special Purpose
Ledger
e. Consolidation
2. Kontrol qoyulacaq
sahə seçildikdən sonra kontrolun hansı səviyyədə qoyulmasına qərar
verilməlidir. Nümunə olaraq qeyd
edə bilərik ki, FI – Financial Accounting modulunda 3 kontrol səviyyəsi vardır:
·
Maliyyə sənədinin başlığı
SAP sistemində
maliyyə sənədinin başlıq məlumatları BKPF cədvəlində qeyd edilir. Bu
cədvəldə olan sahələrə kontrol qoymaq mümkündür. Nümunə: sənədin tarixi ilə
sistemə daxil edilən tarix eyni olmalıdır kimi kontrol qoyula bilər.
·
Maliyyə sənədinin sətir bilgiləri
SAP sistemində
maliyyə sənədinin sətir məlumatları BSEG cədvəlində qeyd edilir. Bu
cədvəldə olan sahələrə kontrol qoymaq mümkündür. Nümunə olaraq, maliyyə
sənədində xərc hesabına doğru xərc (məsrəf) mərkəzinin seçilməsi üçün kontrol
qoyula bilər.
·
Tamamlanmış sənəd
Bu səviyyədə yalnız
rəqəmli (numeric) sahələr üçün kontrol qoyula bilər.
3. Validation
tanımlandıqdan sonra uyğun təşkilati struktura (şirkət kodu, kontrol sahəsi)
təyin edilərək aktivləşdirilir.
Validation
funksiyasında aşağıdakı şəkildə qeyd edilənlərdən istifadə etmək mümkündür:
Validation hazırlamaq
üçün sistemə,
·
İlkin şərt
·
Kontrol
·
Mesaj (mesaj yaratmaq üçün SE91 tranzaksiyasından istifadə edilir)
daxil edilir.
Nümunə 1:
Bildiyimiz
kimi Satınalma sifarişinə əsasən Satınalma fakturasını sistemə daxil etmək üçün
MIRO tranzaksiyasından istifadə edilir. Adətən saxlanılan sənədin tipi “RE”
olur. İadə fakturalarında (credit memo) manuel olaraq “RI” seçilməsi tələb
olunur. İstifadəçi tərəfindən sənəd tipinin “RI” seçilməsi unudula bilər, bunun üçün sistemə aşağıdakı kimi kontrol qoyula bilər. Tranzaksiya Kodu: OB28 / GGB0
İlkin şərt
BKPF-TCODE = 'MIRO' AND BSEG-BSCHL = '21' AND
BSEG-KOART
= 'K'
Kontrol
BKPF-BLART
= 'RI'
Mesaj
RI sənəd tipi seçin!
Nümunə 2:
Bildiyiniz
kimi kommersiya hesablarında yalnız kommersiya yönümlü xərc mərkəzləri seçilməlidir.
Bunun üçün kommersiya hesabları (məsələn: 711*) və uyğun xərc mərkəzləri üçün
GS01 tranzaksiyasından qrup (set) yaradılır.
Aşağıdakı şəkildə kodlama edilərək
qrup yaradıla bilər.
KOMXH (Kommersiya Xərc Hesabları)
7110000000 - 7119999999
KOMXM (Kommersiya Xərc Mərkəzləri)
1000 – A Xərc Mərkəzi
1001 – B Xərc Mərkəzi
1002 – C Xərc Mərkəzi
İlkin şərt
BSEG-HKONT IN
KOMXH
Kontrol
BSEG-KOSTL
IN KOMXM
Mesaj
Doğru xərc mərkəzi seçin!
No comments:
Post a Comment