Şirkətlərdə ERP layihələrinin həyata
keçirilməsi riskli bir prosesdir. Çünki bu layihələrin tətbiqi şirkətlərin
ümumi IT strukturunun dəyişməsinə səbəb olur. Doğru dəyişiklik və iş proseslərinin
ERP-də düzgün idarəedilməsi mənfəətin artırılmasına gətirib çıxarır. Şirkətlər yeni
bir ERP tətbiq etmədən əvvəl iş proseslərini təkmilləşdirmək məcburiyyətindədirlər.
Bunun üçün iş prosesləri uyğun bir metodla (BPR, 6 Siqma, Continous Improvement
və s.) analiz edilərək yenidən dizayn edilir, iş axış xəritələri hazırlanır,
proseslər optimallaşdırılır. Daha sonra optimallaşdırılmış iş proseslərini
sistem üzərində idarə etmək üçün ERP layihəsinin tətbiqinə başlanılır.
ERP Layihələrin uğurlu olması
üçün aşağıdakılar xüsusilə diqqətə alınmalıdır:
- Layihənin məqsədi və ehtiyaclar tam şəkildə aydındır?
- İş Prosesləri analiz olunub?
- Layihə üçün yetərli insan qaynağı ayrılıb?
- Konsaltinq firmadan dəstək aldığınız konsultantlar təcrübəlidir?
- İdarə Heyəti layihəni maliyyələşdirir?
- Layihə meneceriniz təcrübəlidir?
İlk növbədə, ERP
layihəsinin məqsədi layihədə iştirak edən hər kəs üçün aydın olmalıdır və
ehtiyaclar tam şəkildə ortaya qoyulmalıdır. Məqsəd və ehtiyaclar müəyyən
edildikdən sonra iş proseslərinin analizinə başlanılır. Şirkətin müxtəlif sahələrində
(maliyyə, satış, istehsalat və s.) çalışan təcrübəli personallardan ibarət komanda
qurulmalıdır. Bu komanda həmçinin ERP layihəsini həyata keçirəcək komanda, yəni
“Core Team” ola bilər. Komandada şirkəti tanıyan, şirkətin iş prosesləri
haqqında dərin biliyə malik olan, proseslərin təkmilləşdirilməsi üçün təkliflər
irəli sürən personallar olmalıdır. Çünki layihədə yetərli insan qaynağının
olmaması ERP layihələrinin uğursuz olmasına gətirib çıxaran səbəblərdən
biridir. ERP layihələrində konsaltinq firmanın seçilməsi, konsultantların səviyyəsi
və müqavilə şərtləri çox önəmli mövzulardan biridir. Uğurlu son üçün maliyyələşmə
önəmlidir. Adətən ERP layihələrinin sponsoru olur və çox zaman ERP layihələri İdarə Heyəti tərəfindən maliyyələşdirilir. Core Team və Konsaltinq firmanı idarə
edəcək, layihə ərzində İdarə Heyətini məlumatlandıracaq layihə menecerinin təcrübəsi
də əlbəttə ki çox önəmlidir. Fikrimcə, Layihə meneceri - İdarə Heyəti
qarşısında ERP Layihəsinin “Güzgü”südür.
No comments:
Post a Comment