İlk
növbədə “SAP Konsultant kimdir?”
sualına aydınlıq gətirmək istəyirəm. Qısaca desək SAP Konsultant, SAP
proqramının bir və ya birdən artıq modulunda təcrübəyə sahib insanlardır. Ancaq
daha dəqiq desək, SAP Konsultant, layihələrdə müştərilərinə doğru yol göstərən,
iş proseslərini analiz edərək məsləhətlərini verən, yenidən dizayn edilmiş iş
proseslərinə uyğun SAP proqramında özünəməxsus modulda memari strukturu quran,
doğru zamanda doğru konfiqurasiyanı edən, digər modullarla inteqrasiyanı sağlam
şəkildə təmin edən, istifadəçi əl kitabçasını hazırlayıb istifadəçilərə təlim
verən, müştərini məmnun edəcək raporları hazırlayan, layihə ərzində və ya layihə
sonrasında çıxan problemləri həll edən təcrübəli şəxslərdir.
Təbii
ki, digər sahələrdə olduğu kimi, burada da ən önəmli kriteriya təcrübədir. Təcrübə
isə, SAP Konsultantın həyatında gerçəkləşdirdiyi, həyata keçirdiyi layihələrin
sayıdır. Nə qədər çox layihələrin (E2E, Rollout, Support) varsa, demək ki bir o
qədər çox təcrübəli konsultantsan.
Bəs
kimlər SAP konsultant ola bilər? Əslində universiteti bitirən hər bir şəxs SAP
Konsultant ola bilər. Sadəcə, ilk növbədə ixtisasınıza uyğun bir modul seçməlisiniz.
Belə ki, “Maliyyə”, Muhasibat Uçotu” və s. ümumi iqtisadiyyat ixtisaslı gənclər
SAP proqramının “FI - Financial Accounting”, “CO - Cost Accounting and
Controlling”, “MM – Material Management” modullarını və ya özlərini pərakəndə
sahəsində görmək istəyənlər SAP proqramının IS Retail versiyasını, bank
sektorunda karyera qurmaq istəyənlər SAP Banking versiyasını seçə bilərlər. Deyək ki SAP modulunu seçdiniz.
Bundan sonra özünüzü bu sahədə necə inkişaf etdirə bilərsiniz?
- Tədris mərkəzlərinə yazıla bilərsiniz, Online təlim ala bilərsiniz.
- SAP Konsultant şirkətlərində “Junior” olaraq işə başlaya bilərsiniz
- SAP istifadə edən firmalarda çalışa bilərsiniz.
Minimum
3 ildən sonra, əgər bu illərdə E2E layihələrdə iştirak etmisinizsə, bir neçə
Rollout layihələriniz olubsa, təcrübəli konsultant tərəfindən verilən tədrislərdə
iştirakınız olubsa, özünüz bir neçə dəfə təlim vermisinizsə, müştəri problemlərini
həll edib öz tövsiyələrinizi vermisinizsə artıq SAP Konsultantsınız. Ancaq unutmamaq
lazımdır ki, SAP Konsultant yüksək səviyyədə “müştərilərlə davranış bacarığı”na da sahib olmalıdır.
No comments:
Post a Comment