Monday, 9 March 2015

SAP Layihə İdarəetmə

Layihənin müvəffəqiyyətlə tətbiq olunması üçün ən əhəmiyyətli ünsürlərdən biri layihə müddətində var olan qaynaqların məhsuldar şəkildə istifadə edilməsi ilə, təyin olunan hədəflərə təyin olunan zaman dilimində çatmaq üçün hazırlanan planlaşdırma və nəzarət prosesləridir. 
Layihənin idarə edilməsi ASAP Metodologiyası ilə icra edilir. ASAP-da layihə idarə edilməsi üçün beş mərhələ vardır. Hər mərhələ nəticəsində edilən keyfiyyət təsdiqindən sonra bir sonrakı mərhələyə keçilə bilər.

Layihə Hazırlıqları (Project Preparation)
SAP ERP layihəsinin ilk mərhələsinin məqsədi layihə planını yaratmaq, SAP ERP layihəsinə hazırlaşmaqdır. Hər bir ERP layihəsinin özünəməxsus məqsədləri, həcmi və prioritetləri vardır. SAP tətbiqində möhkəm bir infrastrukturun qurulmasını təmin etmək üçün bir sıra mövzuların layihə başlamamış tətbiqi vacibdir. Bunlar:
• Layihə hədəflərinin və məqsədlərinin müəyyən edilməsi
• Tətbiqin əhatəsinin dəqiqləşdirilməsi
• Tətbiq strategiyasının müəyyənləşdirilməsi
• Layihə təqviminin, tətbiq və təlimlərin təyin olunması
• Layihə təşkilatının və komitələrin yaradılması
• Qaynaqların təyin edilməsi
• Layihə iş mühitinin və sisteminin yaradılması

Konseptual Dizayn (Business Blueprint)
Bu mərhələdə məqsəd, iş (konseptual) dizaynı hesabatını hazırlamaqdır. Konseptual dizayn, ehtiyac analizləri nəticəsində ortaya çıxan məlumatları bir yerdə toplayan hesabatdır. Konseptual dizayn həmçinin tətbiq olunan proqramın köməyi ilə işlərin nə şəkildə həyata keçiriləcəyini göstərir.
Bu mərhələnin ən əhəmiyyətli mövzuları aşağıdakı kimidir:
• Layihənin məqsəd və hədəflərinin nəzərdən keçirilərək yenilənməsi
• Layihənin tətbiq sahəsinin yenidən və daha detallı olaraq təyin olunması
• Layihənin Təlim planında göstərilən təlimlərin alınması
• Müəssisənin hesabat quruluşunun və hesabatların ətraflı olaraq təyin olunması
• Konseptual Dizayn hesabatının yaradılması
• Layihə plan və cədvəllərin nəzərdən keçirilməsi və lazım olarsa yenilənməsi

Reallaşdırma (Realization)
ERP tətbiq layihəsinin bu mərhələsində məqsəd, Konseptual Dizayn hesabatını diqqətə alaraq bütün büdcə və hesabat ehtiyaclarının ERP sistemi içərisində tətbiq olunmasıdır. Layihənin ən uzun mərhələri Reallaşdırma mərhələsidir. Bu mərhələnin başlaması üçün Konseptual Dizayn hesabatının təsdiqlənməsi lazımdır. Ən əhəmiyyətli işlər aşağıdakı kimidir:
• Məlumat saxlamaq üçün məlumat bazası və quraşdırma işlərinin görülməsi
• Məlumat giriş ekranlarının tamamlanması
• Funksiyaların tamamlanması
• Hesabatların hazırlanması
• Səlahiyyət cədvəllərinin hazırlanması
• Son Testlərin edilməsi
• Son İstifadəçi Əl kitabının hazırlanması

Canlı İstifadə Hazırlıqları (Final Preparation)
Bu mərhələnin əsas məqsədi canlı istifadəyə keçmədən əvvəl son hazırlıqların və açıq qalmış mövzuların həll edilməsi, sistemi həqiqətən istifadə edən şirkət işçilərinin bunu mükəmməl şəkildə edə bilmələri üçün lazımlı təlimlərin verilməsini təmin etməkdir. Ən əhəmiyyətli işlər bunlardır:
• Son İstifadəçi Təlimlərinin Tamamlanması
• Canlı İstifadə Sisteminin Hazırlanması
• Canlı İstifadəyə keçid və Canlı İstifadə Dəstəyi (Help Desk)
• Canlı İstifadəyə keçid

Canlı İstifadə Dəstəyi (Go Live and Support)
Canlı istifadəyə keçdikdən sonra layihə sona çatmaz. Canlı istifadə zamanı müşavirlərin istifadəçilərə sıx olaraq dəstək olduqları bir prosesin olması böyük əhəmiyyət kəsb edir. Canlı istifadə dəstəyinin sona çatmasından sonra da istifadəçilərin müxtəlif suallar yönəltmək və kömək almaq üçün ehtiyac duyacaqları bir dəstək mərkəzinin qalıcı olaraq qurulması vacibdir. ASAP'ın beşinci mərhələsi olan Canlı İstifadə Dəstəyi mərhələsi içərisində lazım olan dəstək istifadəçilərə verilir.


No comments:

Post a Comment