Monday, 9 March 2015

SAP-ı necə öyrənə bilərəm?

ERP bazarında dəyəri gündən günə artdıqca “SAP-ı necə öyrənə bilərəm?” sualını verənlərin sayı  da artmaqdadır. SAP bir ERP paketdir, bu paketi öyrənmək çox çətindir, bəlkə də imkansızdır. SAP-ı öyrənmək  istəyənlər ilk növbədə SAP-ın hansı modulundan başlamağa qərar verməlidirlər. Hər hansı bir modulu seçib tədris ala bilərsiniz. Ancaq bu sahədə daha mükəmməl olmaq üçün seçdiyiniz modul ilə əlaqədar təməl anlayışları, iş proseslərini öyrənməniz vacibdir. Nümunə olaraq, SAP-ın FI (Muhasibat uçotu) modulu üzrə mükəmməl konsultant olmaq istəyənlərin muhasibat uçotu nəzəriyyəsindən anlayışı olmalı, bu sahə ilə əlaqədar iş proseslərini bilməli və ya SD (Satış) modulunu öyrənmək istəyənlər bu modul üzrə təməl biliklərə (satışın təhlili, satış kanalları, qiymətləndirmə və s.) sahib olmalıdırlar.
                SAP öyrənmək üçün tədris mərkəzlərinə gedib, seçdiyiniz SAP modulu üzrə nəzəriyyəni, konfiqurasiyanı öyrənib sertifikat ala bilərsiniz. Bu o demək deyil ki, SAP layihələrində əsas konsultant kimi iştirak edə bilərsiniz. SAP layihələri ASAP metodologiyasına əsaslanır və yalnız konfiqurasiyadan ibarət deyil. Layihəyə başlamadan əvvəl mövcud iş proseslərini analiz etmək (AS IS), dəyərləndirmək, iş proseslərini təkmilləşdirmək, yenidən dizayn etmək (TO BE), iş axışı diaqramlarını hazırlamaq kimi biliklərə sahib olmaq lazımdır. Layihə müddətində bir birindən fərqli problemlər çıxacaq, bu problemlərin həlli yollarını araşdırmaqla təcrübə qazana bilərsiniz. Yalnız tədris almaq deyil, həm də tədris verməklə SAP ilə bağlı öyrəndiklərinizi möhkəmləndirə, biliklərinizi inkişaf etdirə bilərsiniz.

Məndən “SAP öyrənmək istəyirəm, nədən başlayım?” sualını verənlərə cavabım: ixtisasınıza, iş həyatınıza, özünüzə yaxın bildiyiniz modulu seçib, eyni zamanda iş proseslərini də öyrənərək başlaya bilərsiniz. Təbii ki, SAP Konsultant şirkətlərində və ya SAP istifadə edən şirkətlərdə başlamaq, SAP Layihələrində “junior” olaraq başlamaq daha məsləhətlidir.

No comments:

Post a Comment