Friday, 20 March 2015

ERP Layihəsi (ERP Project)

         Şirkətlərdə ERP layihələrinin həyata keçirilməsi riskli bir prosesdir. Çünki bu layihələrin tətbiqi şirkətlərin ümumi IT strukturunun dəyişməsinə səbəb olur. Doğru dəyişiklik və iş proseslərinin ERP-də düzgün idarəedilməsi mənfəətin artırılmasına gətirib çıxarır. Şirkətlər yeni bir ERP tətbiq etmədən əvvəl iş proseslərini təkmilləşdirmək məcburiyyətindədirlər. Bunun üçün iş prosesləri uyğun bir metodla (BPR, 6 Siqma, Continous Improvement və s.) analiz edilərək yenidən dizayn edilir, iş axış xəritələri hazırlanır, proseslər optimallaşdırılır. Daha sonra optimallaşdırılmış iş proseslərini sistem üzərində idarə etmək üçün ERP layihəsinin tətbiqinə başlanılır.

ERP Layihələrin uğurlu olması üçün aşağıdakılar xüsusilə diqqətə alınmalıdır:
  • Layihənin məqsədi və ehtiyaclar tam şəkildə aydındır?
  • İş Prosesləri analiz olunub?
  • Layihə üçün yetərli insan qaynağı ayrılıb?
  • Konsaltinq firmadan dəstək aldığınız konsultantlar təcrübəlidir?
  • İdarə Heyəti layihəni maliyyələşdirir?
  • Layihə meneceriniz təcrübəlidir?
         İlk növbədə, ERP layihəsinin məqsədi layihədə iştirak edən hər kəs üçün aydın olmalıdır və ehtiyaclar tam şəkildə ortaya qoyulmalıdır. Məqsəd və ehtiyaclar müəyyən edildikdən sonra iş proseslərinin analizinə başlanılır. Şirkətin müxtəlif sahələrində (maliyyə, satış, istehsalat və s.) çalışan təcrübəli personallardan ibarət komanda qurulmalıdır. Bu komanda həmçinin ERP layihəsini həyata keçirəcək komanda, yəni “Core Team” ola bilər. Komandada şirkəti tanıyan, şirkətin iş prosesləri haqqında dərin biliyə malik olan, proseslərin təkmilləşdirilməsi üçün təkliflər irəli sürən personallar olmalıdır. Çünki layihədə yetərli insan qaynağının olmaması ERP layihələrinin uğursuz olmasına gətirib çıxaran səbəblərdən biridir. ERP layihələrində konsaltinq firmanın seçilməsi, konsultantların səviyyəsi və müqavilə şərtləri çox önəmli mövzulardan biridir. Uğurlu son üçün maliyyələşmə önəmlidir. Adətən ERP layihələrinin sponsoru olur və çox zaman ERP layihələri İdarə Heyəti tərəfindən maliyyələşdirilir. Core Team və Konsaltinq firmanı idarə edəcək, layihə ərzində İdarə Heyətini məlumatlandıracaq layihə menecerinin təcrübəsi də əlbəttə ki çox önəmlidir. Fikrimcə, Layihə meneceri - İdarə Heyəti qarşısında ERP Layihəsinin “Güzgü”südür.

Thursday, 12 March 2015

SAP Modulları

SAP proqramı şirkətlərin ehtiyaclarını qarşılamaq adına bir neçə parçadan ibarətdir. Bu parçalar modul adlanır. Modullar bir birinə bağlı olaraq çalışır və hər bir modulun öz mütəxəssisi (konsultant) vardır. Ümumiyyətlə, SAP modullarını nəzəri olaraq 4 hissəyə bölmək olar:

1. Funksional Modullar
2. Texniki Modullar
3. Yeni Modullar
4. Müxtəlif Sektorlar üçün Həllər

Funksional Modullar

1. SAP FI modulu: Muhasibat Uçotu (Financial Accounting)
2. SAP CO modulu: Kontrol (Controlling)
3. SAP CRM modulu: Müştəri Əlaqələrinin İdarəedilməsi (Customer Relationship Management)
4. SAP CS modulu: Müştəri Xidmətləri (Customer Service)
5. SAP EC modulu: Müəssisə Nəzarəti (Enterprise Controlling)
6. SAP EHS modulu: Ətraf Mühit, Səhiyyə və Təhlükəsizlik (Environment, Health & Safety)
7. SAP FM modulu: Fondların İdarəedilməsi (Funds Management)
8. SAP FSCM modulu: Maliyyə Tədarük Zəncirinin İdarəedilməsi (Financial Supply Chain Management)
9. SAP HR modulu: İnsan Resursları (Human Resources)
10. SAP IM modulu: İnvestisiyanın İdarəedilməsi (Investment Management)
11. SAP MM modulu: Malların İdarəedilməsi (Materials Management)
12. SAP PLM modulu: Malların Həyat Tsiklinin İdarəedilməsi (Product Life Cycle Management)
13. SAP PM modulu: Texniki Baxış (Plant Maintenance)
14. SAP PP modulu: İstehsalatın Planlaşdırılması (Production Planning)
15. SAP PS modulu: Layihə İdarəedilməsi (Project Systems)
16. SAP QM modulu: Keyfiyyətə Nəzarət (Quality Management)
17. SAP RE modulu: Daşınmaz Əmlak (Real Estate)
18. SAP SD modulu: Satış və Dağıtım (Sales and Distribution)
19. SAP SM modulu: Xidmətin İdarəedilməsi (Service Management)
20. SAP TR modulu: Xəzinə (Treasury)
21. SAP WM modulu: Anbar İdarəedilməsi (Warehouse Management)
22. SAP LO modulu: Logistika (Logistics)

Texniki Modullar

1. SAP ABAP modulu: ABAP Proqramlama dili (Advanced Business Application Programming)
2. SAP Basis modulu: Basis
3. SAP BI modulu: İş Zəkası (Business Intelligence)
4. SAP BPC modulu: İş Planlaşdırma və Konsolidasiya (Business Planning and Consolidation)
5. SAP GRC modulu: İdarəetmə, Risk və Uyğunlaşdırma (Governance Risk Compliance)
6. SAP MDM modulu: Təməl Məlumatların İdarəedilməsi (Master Data Management)
7. SAP NetWeaver modulu: SAP Tətbiq üçün təməl (NetWeaver)
8. SAP Security modulu: Təhlükəsizlik (Security)
9. SAP Solution Manager modulu: Solution Manager (SLM)
10. SAP PI modulu: Proseslərin İnteqrasiyası (Processes Integration)

Yeni Modullar

1. SAP APO modulu: Təkmilləşdirilmiş Planlama və Optimallaşdırma (Advanced Planner and Optimizer)
2. SAP EWM modulu: Təkmilləşdirilmiş Anbar İdarəedilməsi (Warehouse Management)
3. SAP SCM modulu: Tədarük Zəncirinin İdarəedilməsi (Supply Chain Management)
4. SAP SEM modulu: Müəssisə Strategiyasının İdarəedilməsi (Strategic Enterprise Management)

Müxtəlif Sektorlar üçün Həllər

1. SAP IS Aerospace & Defense: Hava və Hərbi Sənaye
2. SAP IS Automotive: Avtomobil Sənayesi
3. SAP IS Banking: Bank, Bazar riskinin idarəedilməsi
4. SAP IS Chemicals: Kimya Sənayesi
5. SAP IS Consumer Products: İstehlakçı Malları
6. SAP IS Defense & Security: Müdafiə və Təhlükəsizlik
7. SAP IS Engineering, Construction, and Operations: Mühəndislik, İnşaat və Əməliyyatlar
8. SAP IS Healthcare: Səhiyyə
9. SAP IS Higher Education & Research: Təhsil və Araşdırma
10. SAP IS High Tech: Yüksək Texnologiya Sənayesi
11. SAP IS Industrial Machinery and Components: Sənaye Avadanlıqlarının İstehsalı
12. SAP IS Insurance: Sığorta
13. SAP IS Life Sciences: Həyat Elmləri
14. SAP IS Media: Media və Nəşriyyat
15. SAP IS Mill Products: Emalatxana Sənayesi
16. SAP IS Mining: Mədənçilik Sənayesi
17. SAP IS Oil & Gas: Nefq və Qaz Sənayesi
18. SAP IS Professional Services: Professional Xidmətlər
19. SAP IS Pharma: Dərman Sənayesi
20. SAP IS Public Sector: Dövlət İdarəetməsi
21. SAP IS Retail: Pərakəndə Sektoru
22. SAP IS Telecommunications: Telekommunikasiya
23. SAP IS Transportation & Logistics: Nəqliyyat və Logistika
24. SAP IS Utilities: Dağıtım Sənayesi
25. SAP IS Wholesale and Distribution: Topdansatış və Dağıtım 

Tuesday, 10 March 2015

SAP QuickViewer

"Öz Raporunu Özün Yarat"
Quick Viewer və Query nədir? Onlar arasındakı təməl fərq? Bu alətlər vasitəsilə necə rapor hazırlamaq olar? kimi sualların cavabını bu və ya sonrakı paylaşımlarda əldə edəcəksiniz.
Query, ABAP proqramlaşdırma dilindən istifadə etmədən (və ya az istifadə edərək) SAP programında hesabat (rapor) hazırlamaq üçün bir alətdir. SAP-da rapor hazırlamaq üçün SAP Quick Viewer-dən də istifadə edilir. SAP Query ilə SAP Quick Viewer arasındakı təməl fərq istifadəçinin hesabata baxmaq səlahiyyətidir. Belə ki,

·         SAP Quick Viewer-də hazırlanan rapora yalnız onu hazırlayan istifadəçi baxa bilər.
·         SAP Query-də hazırlanmış rapor müəyyən bir istifadəçi qrupuna təyin edilir. Bu istifadəçi qrupu daxilində olan istifadəçilər bu rapordan istifadə hüququna malik olurlar.

SAP Quick Viewer-də rapor hazırlamaq üçün SQVI tranzaksiyasından istifadə edilir. Nümunə olaraq satıcı (vendor) məlumatlarını özündə əks etdirən rapor hazırlayaq.
 1. Əmr xanasına SQVI yazılır,
 
 və ya menyudan aşağıdakı şəkildə seçilir.
SAP Menu – Tools – ABAP Workbench – Utilities – SQVI Quick Viewer

 2.    QuickView yazılan xanada rapor üçün ad verilərək Yarat “Create” düyməsi seçilir.

 3.    Yarat dedikdən sonra,

a.    Hazırladığımız rapora ad verilir, şərh yazılır.
b.    Data Source bölməsindən aşağıdakılardan biri seçilir. (Nümunə olaraq, Table Join)
                              I.        Cədvəl (Table)
Sistemdə mövcud müəyyən bir cədvəldən məlumatları almaq üçündür. Nümunə olaraq, əgər hesablar planında olan hesabların kodu və adına aid rapor hazırlamaq üçün SKAT cədvəlindən istifadə edə bilərsiniz.
                            II.        Cədvəllər arası əlaqə (Table Join)
SAP sistemində bir biri ilə ortaq xanası (field) olan cədvəllər arasında əlaqə (Join) qura bilərsiniz. Nümunə olaraq, əgər müştəri məlumatlarını özündə əks etdirən rapor hazırlamaq istəyirsinizsə, KNA1, KNB1 cədvəllərinin ortaq KUNNR xanasına görə Join edə bilərsiniz.
                           III.        Məntiq bazası (Logical database)
Sistemdə yaradılmış obyektlərdən istifadə edilərək rapor hazırlana bilər.
                           IV.        SAP Query İnformasiya Bazası (SAP Query Infoset)
QuickViewer-də hazırlanmış bir neçə rapor tərəfindən istifadə edilən qaynaqlardır. SAP Query paylaşımımda bu haqda geniş məlumat veriləcək.

c.     Layout Mode seçməniz məsləhətdir. Bu, rapor hazırlanarkən görüntüdə dəyişiklik etmənizi təmin edər. Çöx önəmli deyildir, rapor hazırladığınız müddətdə də sistemdə yenidən digərini seçib dəyişiklik edə bilərsiniz.
            Aşağıdakı kimi verilənləri daxil edib Enter deyin.

4. “Cədvəl Əlavə Et”  işarəsini seçib Satıcının mandant (client) məlumatlarını özündə əks              etdirən LFA1, şirkət kodu məlumatlarını əks etdirən LFB1 cədvəllərini qeyd edin.

 İki cədvəl arasında ortaq xana LIFNR - Satıcı kodudur. Sistem tərəfindən avtomatik Join edilir.

 5.    Qeyd edilən funksiya ilə cədvəllər arası əlaqənin düzgünlüyü kontrol edilərək geri düyməsi seçilir.



 6.    Seçilən cədvəllərin bütün xanaları (field) ekrana gəlir. Birinci sütun raporda olacaq sütunlar, ikinci sütun isə raporu hansı kriteriyalara görə çalışdıracağınızı göstərir. Lazımlı xanalar qeyd edilir.

 7.    Raporda olacaq sütunların yerini ekranın sağ tərəfində mövcud olan cədvəldən dəyişdirə bilərsiniz.
  


8.    Lazımlı xanaları seçib düyməsinə klikləyin. Qeyd etdiyiniz kriteriyalara görə raporu çalışdıra bilərsiniz.

Raporun görüntüsünü dəyişdirə bilərsiniz. Əgər istəsəniz raporu çalışdırdığınızda birbaşa excel proqramı açılsın - Spreadsheet, əgər cədvəl formasında açılmasını istəyirsinizsə - Display as table seçin. Praktikada ən çox SAP List Viewer tətbiq olunur.

9.    Raporu yadda saxlayaraq, SQVI tranzaksiyasına daxil olub birbaşa raporu seçib çalışdıra bilərsiniz.






Monday, 9 March 2015

SAP Konsultant Kimdir və Kimlər SAP Konsultant ola bilər?

İlk növbədə “SAP Konsultant kimdir?” sualına aydınlıq gətirmək istəyirəm. Qısaca desək SAP Konsultant, SAP proqramının bir və ya birdən artıq modulunda təcrübəyə sahib insanlardır. Ancaq daha dəqiq desək, SAP Konsultant, layihələrdə müştərilərinə doğru yol göstərən, iş proseslərini analiz edərək məsləhətlərini verən, yenidən dizayn edilmiş iş proseslərinə uyğun SAP proqramında özünəməxsus modulda memari strukturu quran, doğru zamanda doğru konfiqurasiyanı edən, digər modullarla inteqrasiyanı sağlam şəkildə təmin edən, istifadəçi əl kitabçasını hazırlayıb istifadəçilərə təlim verən, müştərini məmnun edəcək raporları hazırlayan, layihə ərzində və ya layihə sonrasında çıxan problemləri həll edən təcrübəli şəxslərdir.

Təbii ki, digər sahələrdə olduğu kimi, burada da ən önəmli kriteriya təcrübədir. Təcrübə isə, SAP Konsultantın həyatında gerçəkləşdirdiyi, həyata keçirdiyi layihələrin sayıdır. Nə qədər çox layihələrin (E2E, Rollout, Support) varsa, demək ki bir o qədər çox təcrübəli konsultantsan.

Bəs kimlər SAP konsultant ola bilər? Əslində universiteti bitirən hər bir şəxs SAP Konsultant ola bilər. Sadəcə, ilk növbədə ixtisasınıza uyğun bir modul seçməlisiniz. Belə ki, “Maliyyə”, Muhasibat Uçotu” və s. ümumi iqtisadiyyat ixtisaslı gənclər SAP proqramının “FI - Financial Accounting”, “CO - Cost Accounting and Controlling”, “MM – Material Management” modullarını və ya özlərini pərakəndə sahəsində görmək istəyənlər SAP proqramının IS Retail versiyasını, bank sektorunda karyera qurmaq istəyənlər SAP Banking versiyasını seçə bilərlər. Deyək ki SAP modulunu seçdiniz. Bundan sonra özünüzü bu sahədə necə inkişaf etdirə bilərsiniz?
  •        Tədris mərkəzlərinə yazıla bilərsiniz, Online təlim ala bilərsiniz.
  •         SAP Konsultant şirkətlərində “Junior” olaraq işə başlaya bilərsiniz
  •         SAP istifadə edən firmalarda çalışa bilərsiniz.
SAP Tədrislərinin qiymətləri digər kurslara görə yüksək ola bilər. Ancaq təcrübəli şəxs tərəfindən təlim alsanız qısa zamanda seçdiyiniz modulun təməl anlayışlarını öyrənə bilərsiniz. Tədris üçün yetərli maddiyyət yoxdursa, seçdiyiniz modul ilə əlaqədar bütün kitabları, qeydləri internetdən yükləyib oxumanızı tövsiyə edirəm.  Bunlar sizə konsultant firmalarda iş tapmağınıza da kömək edəcəkdir.
Minimum 3 ildən sonra, əgər bu illərdə E2E layihələrdə iştirak etmisinizsə, bir neçə Rollout layihələriniz olubsa, təcrübəli konsultant tərəfindən verilən tədrislərdə iştirakınız olubsa, özünüz bir neçə dəfə təlim vermisinizsə, müştəri problemlərini həll edib öz tövsiyələrinizi vermisinizsə artıq SAP Konsultantsınız. Ancaq unutmamaq lazımdır ki, SAP Konsultant yüksək səviyyədə “müştərilərlə davranış bacarığı”na da sahib olmalıdır.


SAP-ı necə öyrənə bilərəm?

ERP bazarında dəyəri gündən günə artdıqca “SAP-ı necə öyrənə bilərəm?” sualını verənlərin sayı  da artmaqdadır. SAP bir ERP paketdir, bu paketi öyrənmək çox çətindir, bəlkə də imkansızdır. SAP-ı öyrənmək  istəyənlər ilk növbədə SAP-ın hansı modulundan başlamağa qərar verməlidirlər. Hər hansı bir modulu seçib tədris ala bilərsiniz. Ancaq bu sahədə daha mükəmməl olmaq üçün seçdiyiniz modul ilə əlaqədar təməl anlayışları, iş proseslərini öyrənməniz vacibdir. Nümunə olaraq, SAP-ın FI (Muhasibat uçotu) modulu üzrə mükəmməl konsultant olmaq istəyənlərin muhasibat uçotu nəzəriyyəsindən anlayışı olmalı, bu sahə ilə əlaqədar iş proseslərini bilməli və ya SD (Satış) modulunu öyrənmək istəyənlər bu modul üzrə təməl biliklərə (satışın təhlili, satış kanalları, qiymətləndirmə və s.) sahib olmalıdırlar.
                SAP öyrənmək üçün tədris mərkəzlərinə gedib, seçdiyiniz SAP modulu üzrə nəzəriyyəni, konfiqurasiyanı öyrənib sertifikat ala bilərsiniz. Bu o demək deyil ki, SAP layihələrində əsas konsultant kimi iştirak edə bilərsiniz. SAP layihələri ASAP metodologiyasına əsaslanır və yalnız konfiqurasiyadan ibarət deyil. Layihəyə başlamadan əvvəl mövcud iş proseslərini analiz etmək (AS IS), dəyərləndirmək, iş proseslərini təkmilləşdirmək, yenidən dizayn etmək (TO BE), iş axışı diaqramlarını hazırlamaq kimi biliklərə sahib olmaq lazımdır. Layihə müddətində bir birindən fərqli problemlər çıxacaq, bu problemlərin həlli yollarını araşdırmaqla təcrübə qazana bilərsiniz. Yalnız tədris almaq deyil, həm də tədris verməklə SAP ilə bağlı öyrəndiklərinizi möhkəmləndirə, biliklərinizi inkişaf etdirə bilərsiniz.

Məndən “SAP öyrənmək istəyirəm, nədən başlayım?” sualını verənlərə cavabım: ixtisasınıza, iş həyatınıza, özünüzə yaxın bildiyiniz modulu seçib, eyni zamanda iş proseslərini də öyrənərək başlaya bilərsiniz. Təbii ki, SAP Konsultant şirkətlərində və ya SAP istifadə edən şirkətlərdə başlamaq, SAP Layihələrində “junior” olaraq başlamaq daha məsləhətlidir.

SAP Layihə İdarəetmə

Layihənin müvəffəqiyyətlə tətbiq olunması üçün ən əhəmiyyətli ünsürlərdən biri layihə müddətində var olan qaynaqların məhsuldar şəkildə istifadə edilməsi ilə, təyin olunan hədəflərə təyin olunan zaman dilimində çatmaq üçün hazırlanan planlaşdırma və nəzarət prosesləridir. 
Layihənin idarə edilməsi ASAP Metodologiyası ilə icra edilir. ASAP-da layihə idarə edilməsi üçün beş mərhələ vardır. Hər mərhələ nəticəsində edilən keyfiyyət təsdiqindən sonra bir sonrakı mərhələyə keçilə bilər.

Layihə Hazırlıqları (Project Preparation)
SAP ERP layihəsinin ilk mərhələsinin məqsədi layihə planını yaratmaq, SAP ERP layihəsinə hazırlaşmaqdır. Hər bir ERP layihəsinin özünəməxsus məqsədləri, həcmi və prioritetləri vardır. SAP tətbiqində möhkəm bir infrastrukturun qurulmasını təmin etmək üçün bir sıra mövzuların layihə başlamamış tətbiqi vacibdir. Bunlar:
• Layihə hədəflərinin və məqsədlərinin müəyyən edilməsi
• Tətbiqin əhatəsinin dəqiqləşdirilməsi
• Tətbiq strategiyasının müəyyənləşdirilməsi
• Layihə təqviminin, tətbiq və təlimlərin təyin olunması
• Layihə təşkilatının və komitələrin yaradılması
• Qaynaqların təyin edilməsi
• Layihə iş mühitinin və sisteminin yaradılması

Konseptual Dizayn (Business Blueprint)
Bu mərhələdə məqsəd, iş (konseptual) dizaynı hesabatını hazırlamaqdır. Konseptual dizayn, ehtiyac analizləri nəticəsində ortaya çıxan məlumatları bir yerdə toplayan hesabatdır. Konseptual dizayn həmçinin tətbiq olunan proqramın köməyi ilə işlərin nə şəkildə həyata keçiriləcəyini göstərir.
Bu mərhələnin ən əhəmiyyətli mövzuları aşağıdakı kimidir:
• Layihənin məqsəd və hədəflərinin nəzərdən keçirilərək yenilənməsi
• Layihənin tətbiq sahəsinin yenidən və daha detallı olaraq təyin olunması
• Layihənin Təlim planında göstərilən təlimlərin alınması
• Müəssisənin hesabat quruluşunun və hesabatların ətraflı olaraq təyin olunması
• Konseptual Dizayn hesabatının yaradılması
• Layihə plan və cədvəllərin nəzərdən keçirilməsi və lazım olarsa yenilənməsi

Reallaşdırma (Realization)
ERP tətbiq layihəsinin bu mərhələsində məqsəd, Konseptual Dizayn hesabatını diqqətə alaraq bütün büdcə və hesabat ehtiyaclarının ERP sistemi içərisində tətbiq olunmasıdır. Layihənin ən uzun mərhələri Reallaşdırma mərhələsidir. Bu mərhələnin başlaması üçün Konseptual Dizayn hesabatının təsdiqlənməsi lazımdır. Ən əhəmiyyətli işlər aşağıdakı kimidir:
• Məlumat saxlamaq üçün məlumat bazası və quraşdırma işlərinin görülməsi
• Məlumat giriş ekranlarının tamamlanması
• Funksiyaların tamamlanması
• Hesabatların hazırlanması
• Səlahiyyət cədvəllərinin hazırlanması
• Son Testlərin edilməsi
• Son İstifadəçi Əl kitabının hazırlanması

Canlı İstifadə Hazırlıqları (Final Preparation)
Bu mərhələnin əsas məqsədi canlı istifadəyə keçmədən əvvəl son hazırlıqların və açıq qalmış mövzuların həll edilməsi, sistemi həqiqətən istifadə edən şirkət işçilərinin bunu mükəmməl şəkildə edə bilmələri üçün lazımlı təlimlərin verilməsini təmin etməkdir. Ən əhəmiyyətli işlər bunlardır:
• Son İstifadəçi Təlimlərinin Tamamlanması
• Canlı İstifadə Sisteminin Hazırlanması
• Canlı İstifadəyə keçid və Canlı İstifadə Dəstəyi (Help Desk)
• Canlı İstifadəyə keçid

Canlı İstifadə Dəstəyi (Go Live and Support)
Canlı istifadəyə keçdikdən sonra layihə sona çatmaz. Canlı istifadə zamanı müşavirlərin istifadəçilərə sıx olaraq dəstək olduqları bir prosesin olması böyük əhəmiyyət kəsb edir. Canlı istifadə dəstəyinin sona çatmasından sonra da istifadəçilərin müxtəlif suallar yönəltmək və kömək almaq üçün ehtiyac duyacaqları bir dəstək mərkəzinin qalıcı olaraq qurulması vacibdir. ASAP'ın beşinci mərhələsi olan Canlı İstifadə Dəstəyi mərhələsi içərisində lazım olan dəstək istifadəçilərə verilir.