Friday, 24 April 2015

SAP Business One


SAP Business One – hər bir fəaliyyəti ilə böyüməkdə olan kiçik və orta müəssisələrin iş proseslərinin idarəedilməsi üçün yaradılmış, asan və çox xərc tələb etmədən tətbiq olunan proqramdır.  SAP Business One, şirkətlərin maliyyə, satınalma, anbar, bankçılıq, müştəri əlaqələri (CRM), lojistik, raporlama kimi fəaliyyətlərini avtomatlaşdırılmış və məhsuldar bir hala gətirir. 

Aşağı maliyətlə tətbiq edilən SAP Business One əlavə heç bir lisenziya tələb etmədən mobil həlləri ilə də kiçik və orta böyüklükdə şirkətlərdə menecerlərin sifarişlərin girişi, malların idarəedilməsi, müştəri əlaqələri kimi bir çox fəaliyyətləri online olaraq idarə etmələrini təmin edir. Digər əsas xüsusiyyəti isə, Beynəlxalq Muhasibat Uçotu Standartlarına (IFRS) görə raporlama imkanlarının olmasıdır.

Dünyada 120-dən çox ölkədə, 43 mindən çox şirkətdə tətbiq edilməsinin əsas səbəbləri, sadə interfeys, münasib qiymət və qısa müddətdə (2-8 həftə) inteqrasiyalı şəkildə tətbiq olunmasıdır. Digər əsas səbəbləri belədir:

1.    Dünya miqyasında ETİBARLI proqram olaraq qəbul edilir.

120 +         Ölkə
43.000 +    SAP Business One müştərisi
75.000 +    iPhone və iPad istifadəçisi
655.000 +  SAP Business One istifadəçisi

2.    Şirkətlərin iş proseslərini İNTEQRASİYALI bir mühitdə ƏKSİKSİZ idarəedilməsini təmin edir.


3.       MOBIL TƏTBİQ imkanları ilə sistemdən istənilən məlumatı asan şəkildə əldə etmək mümkündür. SAP Business One-ın demo versiyasının AppStore və GooglePlay-dən yükləmək mümkündür.

4.       SAP Crystal Report ilə RAPORLAMA imkanları var.
                                        

Böyüməyi hədəfləyən şirkətlər  öz fəaliyyət sferalarında daha məsuldar olmaq və xərclərini azaltmaq üçün SAP Business One-a üstünlük verirlər.

Thursday, 2 April 2015

SAP Validation (Doğrulama)


SAP sistemində məlumatların doğruluğunu təmin etmək məqsədilə müəyyən funksiyalardan istifadə olunur ki, bunlardan biri Validation funksiyasıdır. Validation funksiyası ilə sistemdə modullara məxsus, başlıq və sətir səviyyəsində müəyyən kontrollar qoyulur ki, məlumatlar daxil edildiyi anda sistem məlumatların doğruluğunu kontrol edir.
Validation (Doğrulama) ilə bağlı prosedur:

1.    İlk növbədə hansı sahə üçün kontrol qoyulacağına qərar verilməlidir.
a.     Financial Accounting
b.    Cost Accounting
c.     Asset Accounting
d.    Special Purpose Ledger
e.    Consolidation

2.   Kontrol qoyulacaq sahə seçildikdən sonra kontrolun hansı səviyyədə qoyulmasına qərar verilməlidir. Nümunə olaraq qeyd edə bilərik ki, FI – Financial Accounting modulunda 3 kontrol səviyyəsi vardır:
·         Maliyyə sənədinin başlığı
SAP sistemində maliyyə sənədinin başlıq məlumatları BKPF cədvəlində qeyd edilir. Bu cədvəldə olan sahələrə kontrol qoymaq mümkündür. Nümunə: sənədin tarixi ilə sistemə daxil edilən tarix eyni olmalıdır kimi kontrol qoyula bilər.

·         Maliyyə sənədinin sətir bilgiləri
SAP sistemində maliyyə sənədinin sətir məlumatları BSEG cədvəlində qeyd edilir. Bu cədvəldə olan sahələrə kontrol qoymaq mümkündür. Nümunə olaraq, maliyyə sənədində xərc hesabına doğru xərc (məsrəf) mərkəzinin seçilməsi üçün kontrol qoyula bilər.

·         Tamamlanmış sənəd
Bu səviyyədə yalnız rəqəmli (numeric) sahələr üçün kontrol qoyula bilər.

3.    Validation tanımlandıqdan sonra uyğun təşkilati struktura (şirkət kodu, kontrol sahəsi) təyin edilərək aktivləşdirilir.

Validation funksiyasında aşağıdakı şəkildə qeyd edilənlərdən istifadə etmək mümkündür:



Validation hazırlamaq üçün sistemə,
·         İlkin şərt
·         Kontrol
·         Mesaj (mesaj yaratmaq üçün SE91 tranzaksiyasından istifadə edilir)
daxil edilir.

Nümunə 1:

Bildiyimiz kimi Satınalma sifarişinə əsasən Satınalma fakturasını sistemə daxil etmək üçün MIRO tranzaksiyasından istifadə edilir. Adətən saxlanılan sənədin tipi “RE” olur. İadə fakturalarında (credit memo) manuel olaraq “RI” seçilməsi tələb olunur. İstifadəçi tərəfindən sənəd tipinin “RI” seçilməsi unudula bilər, bunun üçün sistemə aşağıdakı kimi kontrol qoyula bilər. Tranzaksiya Kodu: OB28 / GGB0
İlkin şərt
BKPF-TCODE = 'MIRO' AND BSEG-BSCHL = '21' AND
                        BSEG-KOART = 'K'
Kontrol
                        BKPF-BLART = 'RI'

Mesaj
                        RI sənəd tipi seçin!

Nümunə 2:

Bildiyiniz kimi kommersiya hesablarında yalnız kommersiya yönümlü xərc mərkəzləri seçilməlidir. Bunun üçün kommersiya hesabları (məsələn: 711*) və uyğun xərc mərkəzləri üçün GS01 tranzaksiyasından qrup (set) yaradılır.

Aşağıdakı şəkildə kodlama edilərək qrup yaradıla bilər.

KOMXH (Kommersiya Xərc Hesabları)
7110000000 - 7119999999

KOMXM (Kommersiya Xərc Mərkəzləri)
1000 – A Xərc Mərkəzi
1001 – B Xərc Mərkəzi
1002 – C Xərc Mərkəzi

İlkin şərt
BSEG-HKONT IN KOMXH
Kontrol
                        BSEG-KOSTL IN KOMXM
Mesaj
                        Doğru xərc mərkəzi seçin!